skip to Main Content

11 oktyabrda Müdafiə Nazirliyi və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində “Xalqımıza qələbə sevinci yaşadanlar” silsiləsindən aprel ayında cəbhə xəttində ermənilərin törətdikləri təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun xatirə   mərasimi keçirilmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Cəmşid Naxçıvanski adına hərbi liseydə Ziya Həsənovun müəllimi olmuş Şakir Əhmədov, şəhid zabitin xidmət etdiyi hərbi birləşmənin komandiri Eldəniz İmaməliyev, Tərtər rayonundan gəlmiş Qarabağ müharibəsi veteranları çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, onların qanlarının yerdə qalmayacağına, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini bildirmişlər.
Şəhidin atası Niyazi Həsənov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə   minnətdarlığını bildirmişdir.

Back To Top