
Əfqanıstan Veteranları İctimai Birliyi və Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə hərbyönümlü QHT rəhbərləri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.
QHT rəhbərləri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, məzarların üzərinə gül dəstələri qoyublar.