
Azərbaycan millisi universal döyüş üzrə Avropa çempionatında iştirak etdi
10-17 iyun 2019-cu il tarixlərində Ukraynanın Koblevo şəhərində universal döyüş idman növü üzrə Avropa çempionatı keçirildi.
Çempionatda Əfqanıstan Veteranları İctimai Birliyinin üzvü, Əfqanıstan müharibəsi veteranı Aqamməd Səfixanovun yetişdirdiyi idmançılar bu yarışda ölkəmizi layiqincə təmsil ediblər.
İdmançılar 66 kq çəki dərəcəsində Səfərli Həsən Asəf oğlu və 73 kq çəki dərəcəsində Vəliyev Məhəmmədəli İlqar oğlu öz çəkilərində fərqlənərək fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüblər.