skip to Main Content

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş

Bu gün 25 iyun 2019-cu il tarixdə Silahlı Qüvvələrin yaranmasının 101 il dönümü münasibətilə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin rəhbərliyi ilə görüş olmuşdur.

Görüşdə İctimai Birliyin İdarə Heyətinin sədri Məhəmməd Vəliyev çıxış edərək, uzun müddətdir ki, təsdiq olunmuş plan əsasında gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında birgə fəaliyyət göstərməsini qeyd etmişdir. Bu gün buraya toplaşmağımızın əsas məqsədi isə bu işdə bizə hər tərəfli köməklik göstərən başda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov olmaqla bütün şəxsi heyətə təşəkkür etməkdir. Çıxışının sonunda M.Vəliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu işdə fərqlənən şəxsi heyətin bir qrup üzvünü medallarla təltif etmişdir.

Back To Top