skip to Main Content

22 iyul 2019-cu il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyində Amsterdamda qeydiyyatdan keçmiş “Timur və Mayk” qeyri-kommersiya Beynəlxalq Fondun  sədri həmyerlimiz, Əfqanıstan müharibəsi veteranı Hüseynov Rauf Həsən oğlu ilə qonaq qismində görüş keçirilmişdir.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev qonağa İB haqqında məlumat vermiş, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının Əfqanıstan müharibəsi veteranlarına, həlak olanların ailələrinə göstərdiyi qayğılardan danışmışdır.

R.Hüseynov sədri olduğu Fondun Amsterdamda gördüyü işlərdən, yardımlardan, xüsusilə də MDB məkanına göndərdiyi 200 yaxın əlil arabaları barədə (20 yaxın Azərbaycana), orada yerli insanlara Azərbaycan haqqında daim məlumat verməsi barədə danışmışdır.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Hüseynov Rauf Həsən oğlunu  Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illik yubiley medalı ilə təltif etmişdir.

Görüşün sonunda Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi ilə Amsterdamda qeydiyyatdan keçmiş “Timur və Mayk” Beynəlxalq Fondu gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalamışlar.

Back To Top