skip to Main Content

26 oktyabr 2019-cu il tarixdə Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon Filialının təşəbbüsü ilə “Cəmiyyətdə Hərbi vətənpərvərlik” mövzusunun aktuallığı elmi praktik konfrans və Sovet Qoşunlarının Əfqanıstandan çıxarmasının 30 illik yubiley tədbiri keçirilmisdir. Tədbirdə Ağstafa rayon icra hakimiyyətinin, Təhsil şöbəsinin, Gənclər İdman idarəsinin, Ehtiyatda olan Zabitlər, Müharibə Əlilləri, Şəhid Ailələri İctimai Birliyinin Qazax rayonu üzrə nümayəndəsi Namiq Əliyev Qazax və Ağstafa rayonunda fəaliyyət göstərən idman sektorlarının məşqçi müəllimləri Şəhid valideynləri iştirak etmişlər. Qərara alınmışdır ki müharibə veteranları ölkəmizin ictimai siyasi həyatında aktiv iştirak etmək gencələrin idmana həvəsləndirməklə yanaşı onları düzgün istiqamətləndirmək Dövlətçilik ənənəsinə sadiq olaraq Ümummilli Dövlət maraqlarına xidməti əməli fəaliyyətimizlə nümayiş etdirməklə yanaşı Silahlı Qüvvələrinin Ali Baş komandanı cənab
Prezident İlham Əliyevi əmin edirik ki biz veteranlar hər zaman Dövlətimizin arxasındayıq.

Back To Top