skip to Main Content

15-Fevral Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 31-ci il dönümü ilə əlaqədar olaraq, Əfqanıstan müharibəsinin əlil və iştirakçıları Fəxri-xiyabanda Ulu-öndərimiz Heydər Əliyevin məzarını və şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyi adından şəhidlər xiyabanındakı məşəlin önünə əklil qoyulmuşdur. Əfqanıstan müharibəsində 7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib.   Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə  mülkü işlərdə çalışıb.

Back To Top