skip to Main Content

Azərbaycan Əfqanıstan Veteranlar İctimayi Birliyi Ağstafa rayon filialı Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyətlə görüş keçirdib.
Azərbaycan Əfqanıstan Veteranlar İctimayi Birliyi Ağstafa rayon filialın sədri – Mirzahid Haciyev bildirib ki: “Yolumuz Vətənimizin keşiyində ayıq-sayıq dayanan oğullarımızın yanındadır. Artıq düşmənlə təmas xəttində yerləşən “N” hərbi hissəsindəyik. İlk olaraq hərbi hissənin ərazisini gəzirik. Burada əsgərlərimizin sağlamlığının qorunması üçün müasir standartlara cavab verən idman şəhərciyi, sıra və döyüş hazırlığının yüksəldilməsi üçün taktiki sahə, sıra meydanı və mühəndis şəhərciyi var. Asudə vaxtlarında dincəlmək istəyənlər üçün oturacaqlar quraşdırılıb. Qışın sazağında, yayın istisində Vətənimizin keşiyində duran əsgərlərlə söhbətləşəndə onlardan eşitdiklərimiz müasir ordu quruculuğu sahəsində aparılan islahatların nəticələrini tamamlayır. Azərbaycan Ordusunun gücünün artması, şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi, sosial-rifahının yaxşılaşdırılmasını ilə bağlı fikirlər həm ordu quruculuğunun dönməzliyinin təsdiqi kimi dinlənilir, həm də əsgərlərin dünyagörüşünün genişliyi kimi. Bunlar vətənpərvər gənclərin bu peşəyə olan marağına öz müsbət təsirini göstərir. Komandanın döyüş əmri ilə Azərbaycan Ordusunun mərd oğulları bu tapşırığın öhdəsindən layiqincə gələcəklər. Həmin təqvim “Böyük Qələbə günü” kimi tarixləşəcək. Hər birimiz Vətənə layiq övlad olmağa borcluyuq. Zabitə və bölmənin hərbi qulluqçularına uğurlar arzulayırıq. Komandiri təcrübəli, bilikli və ən əsası vətənpərvər olan əsgər də komandiri kimi olacaq”.

Back To Top