skip to Main Content

2 iyun 2020-ci il tarixdə Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının təşkilatçılığı və video operator Samir Əhmədovun ideya müəllifi olduğu “Milli Qəhrəmanları Tanıyaq və Tanıdaq” layihəsini ilk olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvar rayonun Əliabad kəndində yerləşən ata evini ziyarət etmək qərarına gəldik. Layihənin həyata keçirilməsində bizə hərtərəfli köməklik göstərdiyinə görə Ağstafa rayon Keşikçidağ Dövlət Tarix-Mədəniyyət qoruğunun müdiri Musa Mursaquluyev, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Feruz Həsənov, hər-zaman cəmiyyətdə hərbi-vətənpərvərliyin təbliğində bizə dəstək olan Ağstafa rayonunun sahibkarları Vüqar Kərimov və Elşad Vəliyevə təşəkkür edirəm. Layihənin həyata keçirilməsində iştiraklarına görə Karate-do üzrə əməkdar məşqçi Namiq Həsənova, Niyazi Cendirli Kinq-boks üzrə əməkdar məşqçi Akşin Mansırova, qaydasız döyüş üzrə məşqçi Elvin Abbasova, maşın təmiri ustası Taqiyev Muxtar və vətənpərvər gənclərimizə çox sağolun deyirəm.
Tədbirimiz ölkəmizdə mövcud olan karantin rejiminin qaydalarına əməl etməklə yüksək səviyyədə həyata keçirildi. Bu cür tədbirlər cəmiyyətdə hərbi-vətənpərvərliyin aktuallığı baxımından vacibdir.

Back To Top