skip to Main Content

Azərbaycan Respublikasının Əfqanıstan Veteranları İttifaqı 1988-ci ildə Bakıda keçirilmiş və 1990-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən bir veteran ictimai təşkilatı olaraq qeydə alınmışdır. Təşkilat 1991, 1992, 1996, 1998, 2002 və 2005-ci illərdə yenidən qeydiyyatdan keçmişdir.

2005-ci ildə təşkilatın adını  “Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi” kimi  Ədliyyə Nazirliyi qeydə alınmışdır. Təşkilat dəfərlərlə Azərbaycan Respublikası Hökuməti tərəfindən yüksək  fəaliyyətinə görə  mükafatlandırılmışdır  və  İctimai Birliyin beş üzvü Azərbaycan Prezidentinin fərmanı ilə Təraqqi medalı təltif olunmuşdır. İdarə Heyətinin sədri M.Ə Vəliyev bundan başqa, Rusiya Federasiyasının prezidentinin fərmanı ilə  “Dostluq” ordeni ilə təltif edilmişdir. Birliyin respublikada 42 filialı fəaliyyət göstərir. Təşkilatın 1500 yaxın üzvü var. İdarə Heyətinin sədri – Veliyev Məhəmməd Əli oğlu 1961-ci il yanvarın 3-də Bakıda bir müəllim ailəsində anadan olmuşdur. 1979-cu ildə hərbi xidmətə çağırılmış və Əfqanıstanda Respublikasında (1979-1981) hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra Bakıda Politexnik İnstitutunu bitirmişdir. Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinin təsisçilərindən biridir. 2005-ci ilin avqust ayında Birliyin İdarə Heyətinin sədri seçilmişdir. Beynəlxalq döyüş qardaşlığı İctimai Birliyin Ali Şurasının üzvüdür.

İdarə heyətinin üzvləri;
Hüseynov Əbülfət Məcid oğlu – sədr müavini.
Novruzov Siyavuş Dünyamalı oğlu
Sarıyev Məmmədhüseyn Yapan oğlu
Yusifov Nazim Polad oğlu

Back To Top